Icma.az
close
up
RU
Xəstənin dərisini əlində tutan cərrah canlı yayım AÇDI ANBAAN VİDEO

Xəstənin dərisini əlində tutan cərrah canlı yayım AÇDI ANBAAN VİDEO

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belə bir ifadə var: 20 yaşınız olanda üzünüzü sizə təbiət verir. 30-da onu həyat düzəldir. 50 yaşda isə onu siz artıq özünüz qazanmalısınız. Buna görə də gəncləşmək üçün plastik cərrahlara qaçan insanların, xüsusilə də qadınların sayı durmadan artır. Təbii olaraq tələb artdıqca kosmetoloqlar və plastik cərrahlar da çoxalır. Onlar sosial şəbəkələrdə bir-birilə yarış halına girir.

TikTok-da isə son dövrlərdə yayılan bir fenomen var: plastik cərrahlar, xəstələrinin üz dəyişmə əməliyyatını canlı yayımda paylaşır, əlində cərrahi alətlər, çıxarılan dərini göstərir və bəzən hətta xəstəyə suallar verərək, "gözəl olmaq" uğrunda hər şeyin nə qədər əzablı olduğunu izah etməyə çalışırlar. Özlərini sübut etmək üçün hər yola əl atırlar. Bir izləyici olaraq bu qədər "neyronal stimulyasiya"nı sadəcə izləmək belə adamda ürək bulanmasına səbəb olur.

Belə həkimlərdən biri də “Tuana estetic centre”də çalışan Esmira (soyadını qeyd etməyiblər) doktordur. Deməli cərrah yerli keyitmə ilə icra etdiyi əməliyyatda normal bir halmış kimi, pasientin üz dərisini əlində tutur, xəstəyə suallar verir. Deyir ki, bu əməliyyat xaricdə yox, məhz Azərbaycanda bu həkim tərəfindən edilir. Pasient də görünür qorxudandır nədir özünü təhlükəyə atdığı bəs deyilmiş kimi deyir heç ruhu da inciməyib.
Üzgərmə əməliyyatı ümumi narkoz altında keçirilir. Keçirilmə müddəti gərilmənin növündən asılı olur. 30 dəqiqədən 7 saatadək sürə bilər. Yəni olduqca kritik bir əməliyyatdır. Daha sonra 24 saat stasionarda tibbi personal nəzarətində qalmaq tövsiyə edilir. Bu əməliyyatdan sonra xanım pasiyentlər görünüşcə 10-15 yaş "cavanlaşırlar".
Həkim etikası pozulur
Belə ki, cərrahın kamera qarşısında etdiyi hər hərəkət, sosial medianın bir parçası halına gəlir, amma bu, hələ bir tərəfidir. Digər tərəfdən, hər şeyin "gözəl" olması üçün insanların özlərini necə təhlükəyə atdıqlarını və bu görüntülərin cəmiyyətə necə təsir etdiyini düşünmək lazımdır.
Estetik cərrahiyyənin güclü reklamı ilə müşayiət edilən bu görüntülər, heç şübhəsiz ki, izləyicilərin psixologiyasını və sosial münasibətlərini ciddi şəkildə təsirləndirir.
Bəs, bu videoların psixoloji və sosial təsirləri nədir? Həkimlərin bu davranışı nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, belə davranışlar insanlarda aqressiya yaradır.
“Biz kütlə olaraq buna icazə verdikcə vəziyyət daha da bərbadlaşır. Etik olmayan bu məhrəm görüntülər insanlarda aqressiya yarada bilir. Ən əsası insanın dəyəri itir. Hər kəs plastik əməliyyat edə bilər. Bu, insanın iradəsinə xas davranışdır. Lakin bu cəmiyyətin qaydalarını pozmağa gətirib çıxarır. Eyni zamanda belə halların yaşanması müəyyən problemlərə də səbəb olur. Bunun fərdiliyi barədə danışmayacağıq. Çünki hər kəs hadisəni müxtəlif şəkildə qəbul edir.
Ümumi olaraq isə psixologiyamız dəyişir, təsir edir. Cərrahlar hər preseduru ictimailəşdirsə, o zaman həkimə inam qalacaqmı? Hər hansı bir sağlamlıq problemimiz olduğu zaman bir həkimə müraciət etdiyimizdə içimizdə xof yaranacaq. Birdən kamera çəkər, başıma nə gələr və s. Bu, doğru deyil. Etik dəyərlərə ziddir və qarşısı təcili olaraq alınmalıdır. Bu gün plastik cərrahlara, ginekoloqlara, kosmetoloqlara və lazeroloqlara loru dildə özünüzü yığışdırın demək lazımdır. Ya yığışdırmalıdırlar, ya da ciddi şəkildə töhmət verilməlidir. Çünki onlar həkim etikasını birmənalı olaraq pozurlar”, - deyə psixoloq fikrini yekunlaşdırıb.
Etik hesab etmədiyimiz üçün videogörüntünü açıq şəkildə paylaşmırıq.
Ümid edirik, aidiyyəti qurumlar “Tuana estetic centre”i və onun cərrahlarını da təftiş edəcəklər.
Mövzunu diqqətdə saxlayacağıq...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri