Icma.az
close
up
RU
Xəstəsiniz? ABŞ yə getməyin

Xəstəsiniz? ABŞ yə getməyin

Icma.az bildirir, Azvision portalına istinadən.

Bu barədə "The Washington Post" qəzeti müvafiq sənədə istinadən xəbər yayıb. Bildirilib ki, departament Dövlət katibi Marko Rubio tərəfindən imzalanmış sənədi artıq 6 noyabrda dünyanın hər yerindəki ABŞ diplomatik nümayəndəliklərinə göndərib.
Yeni qaydaya əsasən, viza məmurları ABŞ-yə səfər üçün müraciət irəli sürənlərin sağlamlıq vəziyyətini də nəzərə alacaqlar. Vizadan imtina əsas verən xəstəliklərin siyahısına, yuxarıda sadalananlardan əlavə, tənəffüs, metabolik, nevroloji və ruhi xəstəliklər də salınıb. Bu xəstəliklərdən əziyyət çəkənlərin ABŞ-yə buraxılmamasına səbəb isə onların müalicəsinin "yüz minlərlə dollara" başa gəlməsidir.
Xəstəliklər sırasında piylənmə də vurğulanır. Çünki piylənmə yuxu apnesinə, yüksək təzyiqə və klinik depressiyaya gətirib çıxara bildiyi üçün üçün "xüsusilə mənfi" amil sayılır. Sənəddə səfirlik və konsulluqların əməkdaşlarına verilən təlimata görə, onlar viza müraciəti əsnasında ərizəçinin yaşını, himayəsindəki şəxslərin sayını, xüsusi ehtiyaclarını və əgər varsa, əlilliyi qeydə almalıdırlar.
Qəzet yazır ki, yeni qaydalar Dövlət Departamentinin siyasət rəhbərliyi tərəfindən "müvafiq mütəxəssislərlə məsləhətləşmədən, standart təsdiqləmə prosesindən yayınaraq" hazırlanıb.
"Bu qaydalar məmurlara geniş səlahiyyət verir. Beləliklə, onlar əvvəllər imtina üçün mütləq əsas sayılmayan ümumi tibbi vəziyyətlərə görə artıq viza verməyə bilərlər", – Virciniya ştatının Reston şəhərindən miqrasiya üzrə vəkil Vik Qoel qəzetə müsahibəsində deyib.
Ağ Evin mətbuat katibi Anna Kelli yeni qaydalarla əlaqədar açıqlama diqqətə çatdırıb ki, ABŞ-də belə bir təcrübə, əslində, 100 ildir mövcuddur:
"Bu qaydalar əcnəbilərin ABŞ üçün maliyyə yükünə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Nəhayət Donald Tramp hökuməti amerikalıların maraqlarını birinci yerə qoyaraq bu siyasəti tam şəkildə həyata keçirir".
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri