Icma.az
close
up
RU
“Xəstəxana da olsa da, ağrıdan bükülsə də edirdi”

“Xəstəxana da olsa da, ağrıdan bükülsə də edirdi”

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

“Neçə vaxtdır urək eləmirdim yazmağa. Hamı yazdı, sağollaşdı. Əlim gəlmirdi bəlkə də vida mətni yazmağa. Özü də Azər haqqında...”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşımımda yazıb. O, sözlərinə belə davam edib:

“Yazacaqlarım əslində Azəri tanıyanlar üçün deyil, daha çox tanımayanlar üçün, onu sadəcə ekrandan görənlər üçündür. Heç kim əvəz olunmur. Kimsə kiminsə yerini vermir. Yaraların da hamısı sağalmır. Sadəcə qəbullanırsan: çarəsizlikdən, heç nəyi dəyişə bilməyəcəyini anladığından. 40 gün yox, lap 40 il keçsə də gözün axtarır. Telefondan nə adını silirsən, nə yazışmanızı. Bir neçə gün əvvəl kanalımızın vatsap qrupuna gələn paylaşımı oxuyanda Azərin adını qrup üzvlərinin içində gördüm. O qrupda Azər yenə bizimlədir. Otaqda da. Söhbətlərimizdə də. Ürəyimizdə də...

Hər şeyi bir kənara, Azər insan idi. Tanıdığım ən təmiz, nəcib, saf, gözütox, dürüst və mədəni 5 nəfərdən, bəlkə də 3 nəfərdən biri idi o. Sevinirəm ki, heç olmasa bir neçə ümumi işimiz oldu. Onu həm də son dərəcə istedadlı, maraqlı bir müəllif kimi tanıdım. Çox məsuliyyətli, dəqiq adam idi Azər. Dedisə - edəcək! Xəstəxanada olsa da, saysız-hesabsız müayinə, müalicə, iynə-dərmanlar onu haldan salsa da, ağrıdan ikiqat bükülsə də edəcək! Sözünün ağası, ağsaqqalı idi. Özü də bu, təkcə "qonorarlı" layihələrə aid deyildi. Təmənnasız, "xahiş"lə olan işlərə bəlkə də daha artıq həssaslığı var idi. Dost idi Azər. Bacarırdı, bilirdi dost olmağı. Bunu ən yaxın dostlarından, onların ağrısından da gördüm. Azərin yadigarlarına etdikləri o "Əmi payı"ndan da... Züleyxadan danışanda xoşbəxt olurdu Azər. Üzü, gözləri gülürdü. Elə indi də hamının üzünü güldürən təsəllidir o balaca qız. Bir də Azərin xanımı, həyat yoldaşı, dostu… Tək özünün yox, Azərin də arzularını gerçəkləşdirmək üçün nə lazımsa, edəcək. Əminəm. O, ikinəfərlik missiyanı tək yerinə yetirəcək. "Tək Ananın böyütdüyü qız" olmağın çətinliyindən də, məsuliyyətindən də, qürurundan da xəbərdardır. Xəbərdaram!...

Bu qədər, Azər! Nə siz bizə qonaq gəldiniz, nə biz sizə. Heç o söz verdiyin "kofe"ni də içilmədik. Eybi yox, geci-tezi var. Bir gün mütləq görüşəcəyik. Ruhun şad olsun, Azər! Hələlik!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 Fevral 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri