Xəstəxana həyətində həkimi maşın vurdu Ağır xəsarət aldı
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnən hadisə baş verib.
Qaynarinfo "Shimal.news”a istinadən xəbər verir ki, kardioloq Cabir Məmmədovu avtomobil vurub. Həkimlər ona dərhal tibbi yardım göstəriblər. Onun baş nahiyəsindən xəsarət aldığı və Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.
İnsident polis əməkdaşları tərəfindən araşdırılan zaman C.Məmmədov hadisəni törədən şəxs barəsində şikayətçi olmadığını söyləyib.
Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə yanvarın 15-i saat 18:00 radələrində baş verib: "Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 1 nəfər (kişi cinsli) Quba rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1950-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol alın nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin olunub.
Hazırda xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti stabil qiymətləndirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















