Xəstəxanada qardaşı arvadını öldürən şəxs barəsində qərar verilib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Sumqayıtda xəstəxanada müalicə olunan qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən İsrail Rəsulovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İsrail Rəsulovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübüta yetirildiyi üçün o, məcburi müalicəyə göndərilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında baş verib. Xəstəxanada hündürlükdən yıxıldığı üçün müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın palatada öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun ziyarət məqsədilə girdiyi palatada bıçaqla xəsarət yetirərək qardaşı arvadı Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb. İ.Rəsulova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















