Icma.az
close
up
RU
Xəstəxanalarda ixtisarlar olacaq? RƏSMİ

Xəstəxanalarda ixtisarlar olacaq? RƏSMİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən sonra dövlət xəstəxanalarında ştat strukturlarının yenidən qurulması, bəzi kadrların ixtisarı və bölgələr üzrə yenidən paylanması məsələsi gündəmdədir.

Mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda qurumun tabeliyindəki tibb müəssisələrində kadr təminatı, ştat vahidləri və insan resurslarının vəziyyəti üzrə genişmiqyaslı təhlillər və optimallaşdırma tədbirləri həyata keçirilir.

"Beynəlxalq praktikada səhiyyə insan resurslarının planlaşdırılması yalnız ümumi say göstəricilərinə əsaslanmır. Ümumdünya Səhiyyə Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yanaşmalarında kadrların bölgüsü, xidmətlərə çıxış imkanları, faktiki iş yükü və səhiyyə xidmətlərinə olan tələbat əsas qiymətləndirmə meyarları hesab olunur".

Qurumdan verilən məlumata görə, Azərbaycanda tibb kadrları ilə təminat qənaətbəxş səviyyədə olsa da, tibb işçilərinin paylanmasında regionlar üzrə ciddi fərqlər mövcuddur: 

"Əhalinin hər 1000 nəfərinə 7,81 nəfər həkim, tibb bacısı və mama düşür. Bu da ÜST tərəfindən müəyyən edilmiş hər 1000 nəfərə 4,45 göstəricisindən artıqdır. “Bir Baxışda Sağlamlıq 2025 İƏİT Göstəriciləri” (Health at a Glance 2025 OECD Indicators) hesabatına əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində rəhbərlər və digər heyət orta hesabla xəstəxana işçilərinin 4-də 1-ni, yardımçı heyət isə (kiçik tibb işçiləri) orta hesabla xəstəxana işçilərinin 10% - ni təşkil edir. Təqdim olunan göstəricilər insan resurslarının planlaşdırılması zamanı yalnız ümumi say göstəricilərinin deyil, həm də kadrların bölgüsünün, faktiki iş yükünün və səhiyyə xidmətlərinə olan tələbatın nəzərə alınmasının vacibliyini göstərir. Kadr təminatı və ştat strukturları üzrə müəyyən fərqlər həm regionlar arasında, həm də ayrı-ayrı ərazilər, o cümlədən Bakı və Sumqayıt şəhərləri üzrə müşahidə olunur".

Qurum xüsusilə vurğulayıb ki, tibb müəssisələrində planlaşdırılan optimallaşdırma tədbirləri maliyyə ixtisarlarına yönəlməyib:

"Həyata keçirilən tədbirlər maliyyələşmənin azaldılmasına deyil, ayrılan dövlət resurslarının daha səmərəli idarə olunmasına xidmət edir. Bu yanaşma səhiyyə və icbari tibbi sığorta sisteminə ayrılan vəsaitlərin birbaşa vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəldilməsini təmin edəcək".

TƏBİB-dən həmçinin bildirilib ki, optimallaşdırma ilə bağlı bütün qərarlar Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam uyğun qaydada, mərhələli və tam əsaslandırılmış şəkildə qəbul edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri