Icma.az
close
up
RU
Xəstəxanasındakı BİABIRÇI vəziyyətlə bağlı tibb müəssisəsindən RƏSMİ AÇIQLAMA

Xəstəxanasındakı BİABIRÇI vəziyyətlə bağlı tibb müəssisəsindən RƏSMİ AÇIQLAMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron Rayon Mərkəzi Xəstəxanası bu gün tibb müəssisəsinin önündə və içərisində yaranan sıxlıqla bağlı açıqlama verib.

Ölkə.az xəbər verir ki, tibb müəssisəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayı orta hesabla 3000-3500 nəfər təşkil edir.

Qeyd olunub ki, müraciət edən hər bir vətəndaşa gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmət göstərilir:

"Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir.

Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması üçün müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur".

Məlumatda əlavə olunub ki, yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır:

"Hazırda müraciət sayının artmasını nəzərə alaraq qeydiyyat bölmələrinin sayı artırılıb, vətəndaş axınına uyğun olaraq həkim və orta tibb personalının iş qrafikləri yenidən tənzimlənib. Eyni zamanda, xidmətlərin daha operativ təşkili üçün sənəd və arayış almaq istəyən vətəndaşlar üçün ayrıca pəncərə və yönləndirmə sistemi tətbiq olunub.

Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcəkdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması nəzərdə tutulur".

Sonda vurğulanıb ki, qeyd olunan tədbirlər və yanaşmalar vətəndaşlara daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmət göstərmək məqsədi daşıyır:

"Abşeron Rayon Mərkəzi Xəstəxanası olaraq vətəndaş məmnuniyyətini təmin etmək üçün bütün imkanlarımızla xidmət göstərməyə davam edirik.

Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər isə növbəsiz şəkildə qəbul olunur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 İyul 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri