Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tərtərdə baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, rayonun Qaradağlı kəndində aşan avtomobildə ölən və yaralananlar Goranboy sakinləridi.
Belə ki, gecə saat 03 radələrində 1958-ci il təvəllüdlü Goranboy sakini Nəsrəddin Ağayevin səhhəti kəskin pisləşib. Bu səbəbdən 1971-ci il təvəllüdlü qardaşı Yunus Ağayev, Nəsrəddin Ağayevin 1991-ci il təvəllüdlü Sənan Ağayev və gəlini Könül Aslanova onu avtomobillə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq üçün yola çıxıblar. Yolda onların olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə xəstəxanaya aparılan N.Ağayev və qardaşı Yunus aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.
N.Aslanovun oğlu ilə gəlini isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Mart 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















