Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın qızı Azərbaycana gəldi
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, Xalq artistinin köməkçisi Yaqut İmanova sənətkarın səhhətindən danışıb.
O, bildirib ki, Flora xanım bazar ertəsinə qədər xəstəxanada həkim nəzarətində olacaq:
"Mən illərdir Flora xanımın yanındayam. Bu dəfə də həmişəki kimi sadəcə yoxlanmaq üçün xəstəxanaya gəlmişdik. Həkimlər səhhətindəki problemlərin ciddiyətini nəzərə alaraq təcili xəstəxanaya yatmalı olduğunu dedilər. Əsas problemi ürəklə bağlıdır. Bazar ertəsinə qədər xəstəxanada həkim nəzarətində qalacaq. Allah dövlətimizdən razı olsun, bütün prosesə nəzarət edirlər".
Yaqut xanım bildirib ki, Xalq artistinin Londonda yaşayan qızı Zümrüd Azərbaycana gəlib və hazırda anasının yanındadır:
"Hər zaman mən Flora xanımın yanında olmuşam. İndi Londondan qızı Zümrüd gəlib, anasının yanındadır. Ümid edirik ki, tezliklə Flora xanım sağalacaq və evə buraxılacaq".
"Primetime"
Baxış sayı:153
Bu xəbər 14 İyun 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















