Icma.az
close
up
RU
Xətai rayonu 6 saylı şəhər Poliklinikasının uğurları TƏŞƏKKÜRNAMƏ

Xətai rayonu 6 saylı şəhər Poliklinikasının uğurları TƏŞƏKKÜRNAMƏ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər Azərbaycanımızın inkişafı bütün sahələrdə olduğu kimi səhiyyədə, təhsildə, idmanda da özünü göstərməkdədir. Sevindirici hal odur ki, səhiyyə ocaqlarında xəstələrə şəfa verən həkimlərimiz öz işlərinin öhdəsindən layiqincə gəlir, insanlara qayğı göstərir, onları ümidsizlikdən qurtarmaq üçün əsl fədəkarlıq edirlər.

Xətai rayonu 6 saylı şəhər poliklinikası Ukrayna dairəsi yaxınlığında, “Əhmədli” metrosunun üstündə yerləşir. Poliklinikanın daxili kimi, xarici görünüşü də gözəldir, həyətində aparılan yaşıllaşdırma işləri insanları valeh edir. Mən də 6 saylı şəhər poliklinikasına yaxın binada yaşayıram. Tez-tez poliklinikanın həkimlərinə müraciət etməli oluruq. Təbii ki, insan xəstələnəndə həkimə müraciət edir. Son vaxtlar özəl klinikalara yox, poliknikalarda çalışan həkimlərə müraciət etməyi üstün tuturlar. Səbəblər də bəllidir, sığorta, həkimlərin səmimiyyəti, təcrübə də öz yerində. Özəl klinikalarda analiz, rentgen, həkim müayinəsi çox pul aparır. Lakin, dövlət poliklinikalarında, xüsusən də, 6 saylı şəhər poliklinikasında işləyən həkimlər xəstələri tənənnasız qəbul və müalicə edirlər.

Bu yaxınlarda 6 saylı şəhər poliklinikasına yolum düşdü. Poliklinikaya girəndə insanlar talon alıb həkimlərin qəbuluna düşmək üçün tələskənliyə yol vermirdilər. Sözün düzü, mən bir neçə prosedurlardan keçdim və razılıqla oranı tərk etdim. Maraqlı burasıdır ki, 6 saylı şəhər poliklinikasında işləyən həkimlər savadlı və təcrübəlidirlər. Terapevt həkimlər Gülər Hacıyeva, Şəkurə Hüseynova və s. adların çəkmək olar.

Endokrinoloji şöbədə çalışan həkimlər Elnaz Seyidova və Könül Mustafayevanın da adını xüsusilə fərqlənən həkimlər sırasında çəkmək olar. Burun-boğaz (lor) həkimi Əlibaba Talıbovanın əməyini də qiymətləndirmək olar. Əlibaba Talıbov 1985-ci ildə Tibb Universitetini qırmızı diplomla bitirib. Onun müalicə etdiyi xəstələr heç vaxt Əlibaba həkimi unutmur. Poliklinikanın stomatologiya şöbəsində diş texniki işləyən Namaz Namazovu yada salmasaq olmaz. Namaz həkim ilk dəfə sertifikasiyadan imtahan verib. Stomatologiyada işləyən həkimlərin hamısı sertifikasiyadan keçiblər. Bu poliklinikada nizam-intizamı yaradan, poliklinikanın hörmətini yüksəklərə qaldıran, əməkdaşları bir yumruq kimi birləşdirən poliklinikanın baş həkimi Nərmin Qasımovadır. Nərmin xanım çox nəzakətli, bacarıqlı həkimdir. O həmişə xəstələrin qayğısına qalır, onların sağlamlıqlarına qovuşmaları üçün bütün heyəti səfərbər etməyi bacarır. Biz nə istəyirik, əlbəttə, sağlam olmaq. Bu imkanı da bizə 6 saylı şəhər poliklinikasında yaradır.

Sonda poliklinikada çalışan bütün tibb işçilərinə, həkimlərə və xüsusən də baş həkimə öz dərin minnətdarlığımızı bildirmək istəyirən. Yaxşı ki, varsınız, əziz həkimlər!

Hörmətlə,
Məmmədhəsən Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri