Xətai rayonunda marketi talayan şəxslər saxlanılıb
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, satıcı kimi çalışdığı marketə daxil olan naməlum şəxslər ona zor tətbiq edərək 350 manat dəyərində məhsulu ələ keçiriblər.
BAKU.WS xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Əliməmməd Mustafayev və 20 yaşlı Kamal Səfərli saxlanılıblar. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar zamanı onların rayon ərazisində yerləşən digər bir marketdən də oğurluq etdikləri məlum olub.
Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:Bakıda mağazaları talayan şəxslər saxlanılıb
15 Sentyabr 2025 12:42
Bakıda maskalı şəxslər marketi soydu
03 Mart 2025 15:58
Bakıda quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxslər saxlanılıb
11 Fevral 2025 11:30
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
30 May 2026 12:50
Vəzifəli şəxslər saxlanılıb
30 Yanvar 2026 10:17
Baxış sayı:96
Bu xəbər 02 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















