Icma.az
close
up
RU
Xətai rayonunda möhtəşəm konsert və atəşfəşanlıq Video

Xətai rayonunda möhtəşəm konsert və atəşfəşanlıq Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, onun xatirəsi dərin ehtiramla yad edilmişdir. Ardınca Ümummilli lider Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva, Zahid Oruc, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələr, şəhid ailələri və qazilər və digərləri iştirak ediblər.

Keçirilən tədbirin  rəsmi  hissəsinin  açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Zahid Oruc, həmçinin Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasında misilsiz xidmətlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir çərçivəsində ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin, eləcə də gənclər arasında keçirilən şahmat üzrə blitz və mini-futbol turnirlərinin qalibləri elan olunmuş və onlar diplomlar, hədiyyələr və fəxri fərmanlarla təltif edilmişlər. Bu kimi tədbirlər gənclərin intellektual və fiziki inkişafına töhfə verməklə yanaşı, onların Heydər Əliyev irsinə bağlılığını da daha da gücləndirir.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib. 

Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rəngə boyayıb,  tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 May 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri