Icma.az
close
up
RU
Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Noyabrın 8-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. Vurğulanıb ki, bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşayırıq. Artıq üçrəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə ölkə başçısının siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, tədbir iştirakçılara şəhidlərə rəhmət, qazilərimizə cansağlığı diləyiblər. Eyni zamanda tədbirdə Ali Baş Komandana və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.

Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bədii-musiqili proqram təqdim edildi. İncəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olundu.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda ölkə başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirilib.

Sonda isə atəşfəşanlıq təşkil olunub.

Konsert proqramından sonra şəhid ailələri və qazilər üçün ziyafət təşkil olunub.

Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see196

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see161

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see152

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see139

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see137

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see130

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see129

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see129

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see122

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri