Xətai RİH nin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olundu FOTOLAR
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Martın 16-da Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə “Mala Praga” restoranında iftar süfrəsi təşkil olunub.
Globalinfo.az bildirir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Mixail Zabelin, Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər müqəddəs Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətdə həmrəylik, mərhəmət və xeyirxahlıq kimi ali keyfiyyətlərin təbliğində bu ayın xüsusi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ramazan ayı insanları birliyə, qarşılıqlı hörmətə və yardımlaşmaya çağıran müqəddəs bir dövrdür.
Eyni zamanda, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılandığı vurğulanıb.
İftar süfrəsində müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.

























Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 17 Mart 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















