Icma.az
close
up
RU
Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR FOTO

Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xətai rayonunun 9-cu Əhmədli küçəsində yaşayan sakinlər küçə işıqlandırılması probleminin uzun illərdir həll edilmədiyini iddia edirlər.

Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, ərazinin işıqlandırılması ilə bağlı müxtəlif vaxtlarda Xətai Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib. Onun sözlərinə görə, müraciətlər aidiyyəti üzrə “Bakı Şəhər İşığı” qurumuna yönləndirilib, lakin məsələ ilə bağlı konkret nəticə əldə olunmayıb.
Sakin iddia edir ki, bir tərəfdən “Bakı Şəhər İşığı”nın hazırda mövcud işıq dirəklərinə xidmət göstərdiyi, yeni dirəklərin quraşdırılması və işıqlandırma işlərinin isə podratçı şirkətlər vasitəsilə həyata keçirildiyi bildirilib. Lakin onun sözlərinə görə, 9-cu Əhmədli küçəsində bu istiqamətdə işlər görülməyib.
“2017-ci ildən bəri müxtəlif vaxtlarda müraciət etmişəm. İcra hakimiyyəti rəsmi cavab olaraq məsələni ‘Bakı Şəhər İşığı’na yönləndirib. Oradan isə bildirilib ki, bununla onlar məşğul deyil. Xətai İcra Hakimiyyətində isə deyildi ki, ‘Bakı Şəhər İşığı’ hazır dirəklərə xidmət edir, yeni dirəklərin quraşdırılması üçün podratçı şirkətə müraciət olunur”, – sakin bildirib.
Onun sözlərinə görə, təxminən iki il əvvəl ərazidə müəyyən küçələrdə işıq dirəklərinə plafonlar quraşdırılmağa başlanılıb. Lakin işlər bütün ərazini əhatə etməyib.
“Bəzi küçələrdə işıqlandırma etdilər, amma bizə çatmadı. 9-cu Əhmədli küçəsində ümumiyyətlə bu işlər görülmədi. Maraqlananda da dedilər ki, edəcəyik. İki il bundan əvvəl belə demişdilər, bu günə qədər heç nə edilməyib”, – deyə sakin vurğulayıb.
Şikayətçinin sözlərinə görə, ötən il Xətai Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə görüşü zamanı da məsələni qaldırıb. Onun bildirdiyinə görə, həmin görüşdə rayon rəhbəri aidiyyəti şəxslərdən ərazidə işıqlandırmanın niyə olmadığını soruşub və işlərin mərhələli şəkildə həyata keçirildiyi bildirilib.
Sakin isə bu izahın problemin uzun müddətdir davam etməsi fonunda qənaətbəxş olmadığını deyir:
“Dedim ki, artıq 9 ildir gözləyirik. Mərhələli şəkildə necə baş verir bu iş? 9 ildir gözləyirik”.
Müraciət edən şəxs bildirir ki, bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sakinlərlə görüşü zamanı da məhəllələrin işıqlandırılması məsələsi qaldırılıb. Onun sözlərinə görə, həmin vaxt da bəzi ərazilərdə işıqlandırma aparılsa da, 9-cu Əhmədli küçəsində problem həll olunmayıb.
Sakin həmçinin 2011-ci ildə Bakı şəhərinin, o cümlədən Bakı kəndlərinin abadlaşdırılması və infrastruktur işləri ilə bağlı sərəncam verildiyini, bu istiqamətdə büdcədən vəsait ayrıldığını xatırladıb. O, Xətai Rayon İcra Hakimiyyətinin müxtəlif illərdə yaydığı məlumatlarda ərazidə müəyyən abadlıq işlərinin aparıldığının bildirildiyini, buna baxmayaraq küçə işıqlandırılması probleminin bu günədək həll edilmədiyini qeyd edib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı məhəllə sakinlərinin imzaları da toplanaraq aidiyyəti qurumlara müraciətlər edilib.
O, həmçinin ötən il Xətai rayonunda kanalizasiya xəttində baş verən qəza və çökmələrlə bağlı sakinlərin problemlərinin işıqlandırılması məqsədilə edilən müraciətlərdən sonra da aidiyyəti şəxslərə yazdığını bildirib.
“Bu məsələ ilə bağlı sənədləri də göndərmişəm. Amma indiyədək əraziyə baxış keçirən, maraqlanan olmayıb. Yenidən müraciət edirəm ki, məsələnin həllinə köməklik göstərilsin”, – deyə sakin bildirib.
Qeyd edək ki, şikayətçinin təqdim etdiyi sənədlərdə müxtəlif illərdə aidiyyəti qurumlara edilən müraciətlər əks olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Sentyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri