Xətaidə dava: 11 nəfər həbs edildi Yeni görüntülər KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Xətai rayonunda restoranda 43 yaşlı kişinin bıçaqlanaraq öldürülməsi ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.
KONKRET.az xəbər verir ki, hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. C.Mirağayev aldığı bıçaq xəsarətlərindən ölüb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan qətldə şübhəli bilinən MMA idmançısı dünya çempionu imiş – Foto/Video
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri və mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.
Onların hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq, tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq və odlu, eləcə də soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisənin bütün hallarının, saxlanılan şəxslərin cinayətdə iştirakının, eləcə də cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyənləşdirilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
https://konkret.az/cloud/uploads/2026/10/WhatsApp-Video-2026-10-26-at-09.21.40.mp4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Oktyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















