Xətaidə icra başçısı ilə deputat ağac əkdilər FOTOLAR
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bu gün Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Modern.az-ın məlumatına görə, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhid atları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya rayonun Heydər Əliyev parkında və 8 Noyabr prospektində təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı yeni ağaclar əkilib, onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir çərçivəsində ərazidə qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb.
Qeyd edək ki, yaz mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Mart 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















