Xətaidə icra hakimiyyətinin aynında səkiyə şlaqbaum quraşdırılıb VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkidə şlaqbaum quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı sakinlər bildirirlər ki, ərazi avtomobillər üçün dayanacağa çevrilir və bu da piyadaların hərəkətinə ciddi maneə yaradır.
Şlaqbaumun qanunsuz şəkildə quraşdırıldığı iddia olunur. Sakinlərin sözlərinə görə, bu proses barədə Xətai Rayon İcra Hakimiyyətinin heç bir məlumatı yoxdur. “Əgər xəbərləri olsaydı, bu cür qanunsuzluğa icazə verməzdilər”, – deyə sakinlər qeyd edirlər.
Piyada yolunun maşınlar üçün dayanacağa çevrilməsi həm təhlükəsizlik, həm də şəhərsalma baxımından ciddi problem hesab olunur.
Paytaxtda onsuz da piyadaların hərəkəti üçün yetərli infrastruktur çatışmazlığı var və belə hallara qarşı müvafiq qurumların təcili tədbir görməsi vacibdir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















