Icma.az
close
up
RU
Xətaidə kukla tamaşası nümayiş olundu Foto

Xətaidə kukla tamaşası nümayiş olundu Foto

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqların sevimli nağıllarından və dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan “Qırmızıpapaq və Canavar” kukla tamaşası nümayiş olunub.

Axar.az xəbər verir ki, tədbirdə rayon sakinləri, uşaqlar iştirak ediblər. Maraqlı və əyləncəli səhnələr, rəngarəng dekorasiyalar və peşəkar kuklaçılar tamaşaçılara unudulmaz anlar yaşatdı.

Tamaşa müxtəlif yaş kateqoriyalarına aid uşaqların, eləcə də valideynlərin böyük marağına səbəb olmuşdur. Əsər klassik nağıl motivləri əsasında səhnələşdirilmiş, müasir teatr elementləri və vizual həllərlə zənginləşdirilərək təqdim edilmişdir.

Səhnə əsərində Qırmızıpapaq obrazı ilə uşaqlara ehtiyatlılıq, ailə dəyərlərinə sadiqlik və xeyirxahlıq kimi mövzular aşılanmış, canavar obrazı isə təhlükə və diqqətsizliyin mümkün nəticələrini simvolizə etmişdir. Tamaşanın bədii tərtibatı və kukla ustalarının ifası xüsusi peşəkarlıqla icra olunmuş, auditoriya tərəfindən rəğbətlə qarşılanmışdır.

Tamaşanın əsas məqsədi uşaqlarda yaxşılıq, ehtiyatlılıq və ailə dəyərləri kimi mövzuları aşılamamaqla yanaşı, onların estetik zövqünü inkişaf etdirməkdir.

Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər sakinlər tərəfindən maraqla qarşılanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see279

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see180

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see169

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see149

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see146

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see140

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see139

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see138

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see136

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see131

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see125

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see124

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see122

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see122

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see121

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see120

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see119

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri