Icma.az
close
up
RU
Xətaidə Neftçilər Gününə həsr olunmuş tədbir keçirildi Fotolar

Xətaidə Neftçilər Gününə həsr olunmuş tədbir keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən gün Xətai rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində SOCAR-ın Neftqaztikinti trestində 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev 20 sentyabr – Neftçilər Gününün müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Təşkilat sədri qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası dövlətimizin siyasi və iqtisadi inkişafının dayağına çevrilib. Enerji siyasətində qazanılan uğurlar Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.

Ramil Mirzəyev bu peşə bayramının həm də neftçilərin zəhmətinə verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayaraq onlara yeni uğurlar arzulayıb.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, neft sənayesi tariximizin ayrılmaz hissəsi olmaqla yanaşı, dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında xüsusi rol oynayıb: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq ölkəmiz uzun illərdir ki, beynəlxalq enerji xəritəsində etibarlı tərəfdaşa çevirib. Neftçilərimizin fədakar zəhməti sayəsində enerji sahəsində mühüm nailiyyətlər qazanılıb. Bu münasibətlə bütün neftçilərimizi təbrik edir, onlara uğurlar arzulayıram”.

Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, neft sənayesi təkcə iqtisadi sahə deyil, həm də ölkəmizin siyasi müstəqilliyinin dayaqlarından biridir: “XX əsrin sonlarında imzalanan “Əsrin müqaviləsi” bu istiqamətdə dönüş nöqtəsi olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı mövqe tutur. Neftçilərin fəaliyyəti milli maraqların qorunması, ölkə iqtisadiyyatının güclənməsində mühüm əhəmiyyət daşıyır”.

Milli Məclisin Pərvanə Vəliyeva vurğulayıb ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji siyasətini tamamilə yeni mərhələyə çıxarıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində irimiqyaslı enerji layihələri reallığa çevrilib.

SOCAR-ın Neftqaztikinti trestinin müdiri Qağaməli Seyfullayev peşə bayramı münasibətilə neftçiləri təbrik edib. O bildirib: “Bu peşə sahiblərinin fədakarlığı və zəhməti sayəsində neft-qaz sənayesi yeni texnologiyalara əsaslanaraq sürətlə inkişaf edir. Tikinti, hasilat, emal və nəql sahələrində həyata keçirilən layihələr ölkəmizin enerji potensialını daha da gücləndirir”.

Çıxış edən şəhid ataları - Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov və Meyvəddin Ramaldanov diqqətə çatdırıblar ki, 20 sentyabr – Neftçilər Gününün təmtəraqla qeyd edilməsi dövlətimizin gücünü, iqtisadi qüdrətini və xalqımızın əzmkarlığını nümayiş etdirir. Onlar qeyd ediblər ki, neftçilərimizin fədakar əməyi sayəsində bu sahədə əldə edilən uğurlar müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayıb.

Tədbirdə neftçilərin peşə bayramı münasibətilə Yeni Azərbaycan Partiyasının üzvü olan bir qrup SOCAR əməkdaşı hədiyyələrlə təltif edilib. Həmçinin YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Sonra dövlətimizin neft strategiyasına həsr olunmuş film nümayiş etdirilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri