Icma.az
close
up
RU
Xətaidə qazilər və şəhid ailələri ilə görüş keçirildi Fotolar, Video

Xətaidə qazilər və şəhid ailələri ilə görüş keçirildi Fotolar, Video

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xətai rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon Xətai bələdiyyəsinin təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə görüş keçirilib. 

 Tribunainfo.az  xəbər verir ki, tədbirdə Xətai RİH-nin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları Zaur Hüseynov, Zaur Quliyev, C.Naxçıvanski adına Hərbi Liseyin müdavimləri, şəhid ailələri, qazilər iştirak ediblər.

RİH başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir: “Torpaqlarımızın azad olunmasında fədakarlıq göstərən hər bir kəs xalqımız üçün əzizdir. Həyatları bahasına bizə qələbə sevinci yaşadan şəhidlərimiz Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq”.

Digər çıxış edənlər bildiriblər ki, Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilib.
Tədbirdə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışılıb, buna görə ölkə rəhbərinə təşəkkürlər ünvanlanıb.










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri