Xətaidə sürücü hərəkətdə olan maşının sükanını buraxıb görün nə etdi VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xətai rayonunda qeydə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, 8 Noyabr prospektində hərəkətdə olan sürücünün davranışı təhlükəsizlik baxımından ciddi narahatlıq doğurub.
Belə ki, 10-OT-222 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü sükan arxasında qaydalara zidd hərəkətlər edib. O, hər iki əlini sükandan çəkərək bir əli ilə qab tutub, digər əli ilə isə yemək yeyib. Hətta bir neçə məqamda sükanı dizləri ilə yönləndirməyə çalışdığı da görüntülərdə əks olunub.
Bu cür hərəkətlər təkcə sürücünün deyil, həm də digər yol iştirakçılarının həyatını riskə atır. Çünki yolda qəfil baş verə biləcək hər hansı bir hadisəyə belə vəziyyətdə reaksiya vermək mümkün deyil.
Qeyd edək ki, qaydalara görə, sürücü sükan arxasında daim diqqətli olmalı və avtomobili yalnız sükan vasitəsilə idarə etməlidir. Əks halda bu cür laqeydlik yol-nəqliyyat hadisələri ilə nəticələnə bilər.
Fidan


