Xətaidə Yeni il tərtibatı sakinlərə bayram sevinci bəxş edir Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Şəhərimizin sakinlərində bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə Xətai rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında Yeni ilə hazırlıq işləri aparılıb. Rayon ərazisində genişmiqyaslı tərtibat və bəzək işləri görülüb.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, 8 Noyabr prospektində, Yusif Səfərov, M. Hadi, Zığ yolu və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və müxtəlif dekorativ elementlər quraşdırılıb. Bu tərtibat işləri ətraf mühitə xüsusi bayram ab-havası qatır.
Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolkalar və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka öz möhtəşəm görünüşü ilə xüsusilə körpələrin sevincinə səbəb olur. Parkın gecə görüntüləri isə daha cəlbedici olmaqla ətrafı rəngarəng işıqlara qərq edir.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi xüsusi nəzarətdə saxlanılır.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 30 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















