Icma.az
close
up
RU
Xətaidə yüksək balla ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirildi FOTOLAR

Xətaidə yüksək balla ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirildi FOTOLAR

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 11-də Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, yüksək nailiyyət göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər.
Öncə müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki,əvvəlki illərdə olduğu kimi 2024-2025-ci tədris ili də bizim üçün uğurlu olub. Belə ki, 2024-2025-ci tədris ilində orta məktəbi bitirən 4380 nəfər məzundan, 3040 nəfəri tələbə adını qazanıb. 81 nəfər məzunumuz 650-dən yuxarı bal toplayıb. Bu rəqəm keçən il 61 olub. 5 məktəbin qəbul göstəricisi 100 faiz olub. 19 məzunumuz məktəbi qızıl medalla bitirib.
İcra başçısı bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Daha sonra çıxış edənlər gəncləri təbrik edərək bildiriblər ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdilər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır: “Çox xoşbəxtik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”.
Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri