Icma.az
close
up
RU
Xəyanət etmək 20 min manata başa gələcək Yeni qərar

Xəyanət etmək 20 min manata başa gələcək Yeni qərar

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi və hadisənin təsiri nəzərə alınmaqla müəyyən edilir. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətli hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, xəyanətə görə təzminat artıq Azərbaycanda mövcuddur:

"Yeni qərar 2026-cı ildən etibarən qüvvəyə minib və keçmiş xəyanətlərə aid deyil. Bu qərar qəbul edildikdən sonra baş verən münasibətlərə aiddir. Belə halda, ailə münasibətlərinə zidd olaraq xəyanətə uğramış tərəf, xəyanət edən şəxsi şəxsiyyət hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə verə bilər.

Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyəqətin alçaldılması üzrə iddialarını qaldıra bilər".

Vəkil deyib ki, mənəvi təzminat davasında şəxsin öz qiymətləndirməsinə əsasən təzminat məbləğini müəyyən etməsi mümkündür, amma məbləğ ağlasığmaz olmamalıdır:

"Bu məbləğ 10–20 min manat arasında ola bilər. Bu zaman şəxsin yaşı, cinsi, həssaslıq dərəcəsi və mənəvi sarsıntının dərəcəsi nəzərə alınır. Müraciətin vaxtı da məhkəmə prosesində vacibdir. Dərhal müraciət olunarsa, məhkəmə təsirli hesab edir, amma bir neçə il sonra müraciət edilsə, mənəvi zərbənin dərəcəsi və məhkəmənin inamı azala bilər. Qanunla boşanmaq şərt hesab olunmasa da, şəxs boşanmırsa, xəyanəti daxilən qəbul etmiş sayılır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Aprel 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri