Icma.az
close
up
RU
Xəyanətə görə cinayət törədən kişinin övladlarını

Xəyanətə görə cinayət törədən kişinin övladlarını

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son dövrlərdə cəmiyyətdə ailədaxili zorakılıq halları, xüsusilə də qətllərlə nəticələnən hadisələr artmaqdadır. Xəyanət zəminində baş verən cinayətlər isə gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bu kimi hadisələr ailə institutuna, cəmiyyətin mənəvi dəyərlərinə və sosial sabitliyə ciddi zərbə vurur. Bəs görəsən, belə halların səbəbi nədir? Bu halların qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanlar münasibətlərini öz düşüncələri ilə deyil, cəmiyyətin qaydaları ilə formalaşdırır:

"Münasibət anlayışı iki nəfərin bir-birinə başqalarından daha çox dəyər verməsidir. Evlilik münasibətin hüquqi adıdır. Münasibətlərini rəsmiləşdirməyib ailə olanlar daha xoşbəxt yaşayırlar. Təkcə evlənməklə ailə olmaq olmaz. Ailə cütülüyün gələcək inşa etməsidir. Övlad dünyaya gətirib sağlam böyütmək niyyətinin olması deməkdir. Uşaq ailənin dayanıqlı olması üçün deyil. Uşağa görə ailəni zorla irəliyə apardığını düşünmək cahillikdir. Bu zaman o ailədə heç kim xoşbəxt olmayacaq. Azərbaycanda ailənin davamiyyəti xoşbəxtlikdən daha vacibdir. Evlənmək də, boşanmaq da mədəniyyətdir. Heç bir halda insanı evliliyə və boşanmağa görə qınamaq olmaz".
R.Nəcəfov qeyd edib ki, xəyanət konservativ cəmiyyətlərdə daha çox müşahidə olunur".
"Ailə dağılmasın deyə cütlüklər xəyanəti çıxış yolu kimi görürlər. Bunun əksi iddia edilsə belə. İnsanlar həm istədikləri kimi yaşamaq istəyirlər, həm də heç nəyin dəyişməməsini istəyirlər. Xəyanət səhv deyil, bir insanın seçimidir. Xəyanət edən şəxs özünə edir, başqasına yox. Xəyanət uğrayan şəxs hüquqi addımlar atmalıdır. Şiddət hər zaman qarşı tərəfi haqlı çıxardır. Heç bir halda xəyanətin cavabı cinayət deyil. Xəyanət seçim olduğu üçün, o seçimin qarşılığı da olacaq. Qərb ailələrində insanlar ona görə sağlam düşüncədə olurlar ki, evliliyə məna yükləyib fəlakətə çevirmirlər. Cütlüklər uzun müddət birlikdə yaşadıqdan sonra münasibətlərinə hüquqi ad verirlər. Birlikdə olmaqları əhəmiyyətini itirirsə, sivil qaydalarla yollarını ayırırlar".
Onun sözlərinə görə, bir kişinin və ya bir qadının həyat yoldaşını öldürməsi cəmiyyətə görədir:
"Xəyanətin cavabı ayrılmaqdır. Bir kişi xəyanətə görə həyat yoldaşını qətlə yetirir, sonra həyatını həbsxanada sonlandırır. Övladlarını isə cəmiyyətin ümidinə buraxır. Cinayət törətmiş kişinin övladlarını nə çayxana söhbətləri, nə də alqışlar xilas etməyəcək. Boşanandan sonra həyat davam edir. Evlilik öncəsi cütlüklərin psixoloji uyğunluğun dəyərləndirilməsinə ehtiyac var. Evlilik iki şəxsin məsuliyyətli qərarıdır. Gələcəkdə yaranacaq riskləri minimuma endirmək və gələcəyə baxış formalaşdırılmalıdır. Evlilik müalicə üsulu deyil. Evlilik ilə kimisə dəyişmək olmur. Evlilik problemi böyüdür və genişləndirir. Evlilik istiqamətində cəmiyyətdə hüquqi və psixoloji maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Cütlüklər arasında dialoq itməməlidir. Ehtiyac yarandığı zaman psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Ailə və ya cütlük psixoterapiyalarından dəstək alınmalıdır".
Seyranə Quliyeva
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri