Icma.az
close
up
RU
Xəyyam Əhmədli vəfat etdi

Xəyyam Əhmədli vəfat etdi

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.

"Qafqazinfo”nun məlumatına görə, o, evində dünyasını dəyişib.

Məlumatı onun sənət yoldaşları saytımıza təsdiq ediblər.

Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi "Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.

seeBaxış sayı:32
embedMənbə:https://qaynarinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri