Xəyyam Əhmədli vəfat etdi
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
Adalet.az-ın məlumatına görə, o, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları saytımıza təsdiq ediblər.
Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.
Baxış sayı:56
Mənbə:https://adalet.az