Xəzər Boru Kəməri Konsorsiumuna dəyən ziyan açıqlandı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna hücumundan sonra Qazaxıstanın neft hasilatı itkisi 480 min ton təşkil edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir, bu barədə respublikanın energetika naziri Yerlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, hücum 2025-ci ilə planlaşdırılan istehsal planının yerinə yetirilməsinə mane olmayacaq.
Akkenjenov əlavə edib ki, CPC-nin tək nöqtəli yanalma dayağı (SPM) PUA-nın hücumu nəticəsində zədələnib. Nazir dəymiş ziyanı əhəmiyyətli adlandırıb və onun bərpası ehtimalını qiymətləndirməyə çağırıb.
Bundan əvvəl Qazaxıstan neft ixracının bir hissəsinin CPC sistemindən Samaraya, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə və qismən də Çinə istiqamətini dəyişməyə razılıq vermişdi.
Xatırladaq ki, noyabrın 29-na keçən gecə Ukraynanın pilotsuz katerləri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiyskdəki dəniz terminalına hücum edərək terminalın yanalma hissəsini zədələyib. Şirkətin məlumatına görə, partlayışdan sonra Novorossiysk limanının kapitanı bütün yükləmə əməliyyatlarını dayandırıb, tankerlər isə sudan çıxarılıb. İşçilər və podratçılar arasında xəsarət alan olmayıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















