Icma.az
close
up
RU
Xəzər Dəniz Gəmiçiliyi” batır dəhşətli borc, qaranlıq əməliyyatlar

Xəzər Dəniz Gəmiçiliyi” batır dəhşətli borc, qaranlıq əməliyyatlar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstiqraz buraxılışı yolu ilə investorlardan milyonlarla dollar borc alan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2023-cü ili 43 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 dəfə azalıb.

Globalinfo.az “Marja.az”a istinadla xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə 524 milyon 195 min manat ikən 2024-cü ildə 445 milyon 403 min manata düşüb (78 milyon 792 min manat və ya 17,7% azalıb).

2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 18 milyon 426 min manat əməliyyat zərəri yaranıb, halbuki, 2023-cü ildə şirkətin 59 milyon 222 min manat əməliyyat mənfəəti formalaşmışdı.

Gəmilərin, əmlak, tikili və avadanlığın satışı üzrə gəlir, maliyyə gəliri və birgə müəssisələrin nəticələrində pay hesabına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” xalis zərərdən yayınmağa müvəffəq olub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 31 dekabr 2024-cü il tarixində 1 milyard 826 milyon 603 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyard 737 milyon 452 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin artması əsasən yeni “gəmilər, əmlak, tikili və avadanlıqlar”, “Ticarət və digər debitor borcları” bəndləri üzrə artımlar ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Yaradılması Haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Fəaliyyətinin Təşkili Haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Fərmanlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (“AXDGŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) Xəzər Dəniz Neft Donanmasının (“XDND”) birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (“Şirkət”) yaradılmışdır. İki şirkət iqtisadiyyatda köklü struktur islahatların davam etdirilməsi, yerli və beynəlxalq dəniz daşımaların artırılması, Azərbaycanın rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi, eləcə də dövlətə məxsus gəmiçilik şirkətlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsindən sinerjilərin əldə edilməsi məqsədilə birləşdirilmişdir.

Qrupun tərkibinə təxminən 7757 tam ştatlı işçisi olan (2023-cü il: 7809 nəfər) dəniz xidməti köməkçi və ticarət donanmaları, iki gəmi təmiri zavodu, logistika xidmətləri, dənizçilik üzrə təhsil, habelə təmir, tikinti, quraşdırma və layihələndirmə işləri göstərən istehsala dəstək müəssisələri daxildir. Azərbaycan Respublikasının Hökuməti Qrupun 100% mülkiyyətçisidir. Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən, onların iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (“AZCON” və ya “Holdinq”) publik hüquqi şəxs yaradılmışdır. Qrupun idarə edilməsi və ona nəzarət Holdinqə həvalə edilmişdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 2023-cü ildə 100 milyon dollarlıq, 2024-cü ildə isə 50 milyon dollarlıq müddəti 5 il olan istiqrazlar buraxmışdır, onlar ictimaiyyətə açıq olub və yerli fond birjalarında dövriyyəyə buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri