Icma.az
close
up
RU
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?

Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında mövsüm ekvatora çatmaq üzrədir. 2 tur sonra komandalar qış fasiləsinə yollanacaq. Artıq indidən komandaların durumu müzakirə olunmağa başlayıb.

Diqqətçəkən klublardan biri "Səbail"dir. "Dənizçilər" Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Halbuki komandanın maliyyə imkanları "Kəpəz", "Şamaxı" kimi klublardan daha yaxşıdır. İndiki dövrdə futbolda maliyyə çox vacibdir. Büdcəsi olan klublar üçün nəticə vermək daha rahat olur. "Səbail"də isə vəziyyət fərqlidir.

Hurriyyet.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin (ASCO) tərəfindən maliyyələşdirilən paytaxt təmsilçisinin büdcəsi kifayət qədər yaxşıdır. Klubun hazırkı büdcəsi dövlətin ayırdığı yardım ilə birlikdə 10 milyon manatdır. Bunun 7 milyon manatı ASCO tərəfindən qarşılanır. Yəni "Səbail" hər bir halda dövlətin hesabına maliyyələşir. Klubun öz stadionu, bazası da var.

Di gəl ki, meydandakı nəticələr və komandanın turnir cədvəlindəki mövqeyi ilə şərait və sahib olunun büdcə düz mütənasib deyil. "Dənizçilər" bu həftəyə qədər keçirdikləri 16 oyundan 12-də məğlub olublar. Digər 4 görüşdən yalnız 2-də qələbə qazanıblar. Toplanan 8 xal isə klubun büdcəsi ilə bağlı vəziyyəti sorğu-sual etməyə imkan verir.

Məlumata görə, klubda büdcəyə icraçı direktor Firuz Abdulla və onun köməkçisi Zamiq Əliyev nəzarət edir. Xərclənən hər bir qəpiyə görə onlar cavabdehdilər. Hətta transferlərə də.

Firuz Abdulla

Hər transfer pəncərəsində "Səbail" çox sayda futbolçunun göndərir və onların yerinə yenilərini gətirir. Beləcə, altı aydan bir "transfer karuseli" baş tutur. Bu da büdcədən kifayət qədər pulun xərclənməsinə səbəb olur. Bu yay reallaşan keçidlərin uğursuzluğu bir müddət əvvəl baş məşqçi Şahin Diniyevin qurban çevrilməsi ilə nəticələndi. Yeni baş məşqçi Cavid Hüseynov artıq açıq şəkildə yeni transferlər istəməyə başlayıb. Bunlar arasında legionerlərin üstünlük təşkil edəcəyi dəqiqdir. Bu o deməkdir ki, klubu idarə edənlər üçün yeni maxinasiya mənbəyi yaranır.

Zamiq Əliyev

Firuz Abdulla və Zamiq Əliyev tandeminin qazanc yeri təkcə transferlər deyil. Onlar klubun bütün xərclərinə nəzarət edirlər. "Səbail"in Müşahidə Şurasının sabiq üzvü İxtiyar Asyabinin bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bu faktlar öz əksini tapıb.

Firuz Abdulla AFFA-nın sabiq baş katibi və vitse-prezidenti Elxan Məmmədovun yaxın adamı hesab edilir. Məmmədovun dönəmində o, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə yüksəlib. Funksioner FİFA-ya yollandıqdan sonra onun Azərbaycandakı gücünü itirməməsi üçün Firuz Abdulla əlindən gələni edib. Rövnəq Abullayevin AFFA-dakı dönəmi bitməmişdən öncə isə AFFA-dan ayrılıb. Onun "Səbail"in icraçı-direktoru vəzifəsinə təyin edilməsində Elxan Məmmədovun rolu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri