Xəzər dənizində bədbəxt hadisə: ölən var
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.
Globalinfo.az bildirir ki, bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, “ASCO Nəqliyyat” MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
“Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır”, – deyə açıqlamada bildirilir.

