Icma.az
close
up
RU
Xəzər dənizində İLK DƏFƏ göründü Müharibədən əvvəl də belə olmuşdu...

Xəzər dənizində İLK DƏFƏ göründü Müharibədən əvvəl də belə olmuşdu...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ötən gün Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz Xüsusi Təyinatlı və Dəniz Piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim diqqət çəkir. Təlimlərin ən mühüm tərəfi isə arsenalımıza yeni daxil edilən Türkiyə istehsalı  “Salvo” insansız gəmiləridir.

“Salvo” gəmiləri ilk dəfədir, təlim zamanı görüntülənir. Təbii olaraq, Azərbaycan Ordusunun inventarında neçə ədəd “Salvo” insansız gəmisi olduğu məlum deyil. Bununla belə, bu vasitələrin donanmamıza daxil edilməsi tarixi hadisədir.

Məsələ ondadır ki, Azərbaycanın müstəqillik tarixinə nəzər yetirsək, ölkəmizin hər zaman ordu və təhlükəsizlik sahəsində iki zəif tərəfi olub:

Hərbi hava qüvvələri; Hərbi dəniz qüvvələri

Azərbaycan Qarabağ müharibəsindən öncə bu iki zəif nöqtədən biri olan aviasiya sahəsindəki çatışmazlıqları çox fərqli və daha az xərclə aradan qaldırdı. Belə ki, klassik döyüş təyyarələrinin çox bahalı olması, kompleks texniki tələbləri Azərbaycan üçün ciddi məhdudiyyətlər yaratmışdı. Ənənəvi aviasiya gücünə çox böyük investisiya etmək isə büdcə baxımından səmərəli deyildi. Buna görə də Türkiyə istehsalı “Bayraktar” PUA-ları və İsrailin “Harop” kamikadze dronları alınaraq arsenalımıza daxil edildi.

İnsansız uçuş aparatları nisbətən az xərcə, yüksək dəqiqlik və çevik taktiki imkanlara sahibdir. PUA-ların uğuru ondan ibarətdir ki, onlar həm havadan, həm də qurudan gələn təhdidlərə qarşı mübarizədə Azərbaycan Ordusuna çevik reaksiya və geniş əməliyyat imkanları verdi. Ən əsası, həm iqtisadi, həm də taktiki baxımdan bu qruğular daha əlverişli idi.

Bu gün 44 günlük müharibə, həmçinin lokal xarakterli antiterror əməliyyatlarının nəticələrinə baxdıqda rahatlıqla demək olar ki, Azərbaycanın tarixi zəfərində müasir PUA-lar həyati əhəmiyyət kəsb etdi. Hesab edirəm, bu uğurlu təcrübə indi Hərbi Dəniz Qüvvələrində tətbiq edilir. HDQ-nin arsenalına Türkiyə istehsalı olan “Salvo” insansız gəmilərini əlavə etməsi bunu deməyə əsas verir.

Azərbaycanın bahalı və böyük döyüş gəmilərini alması həm xərcli, həm də çətin prosesdir. Bundan başqa, nə qədər gəmi alsaq da, Rusiya, İran kimi Xəzər donanmasına malik iki böyük ölkə ilə rəqabət aparmaq hələlik mümkün görünmür. Çünki bu dövlətlər öz donanmalarını illərlə, milyardlarla investisiya ilə qurublar və həm maddi, həm də insan resursları baxımdan daha geniş imkanlara sahibdirlər. Bu mənada Azərbaycanın insansız hərbi vasitələrə fokuslanması sərrast addımdır.

Belə vasitələr həm büdcə baxımından əlverişli, həm də əməliyyat və texnoloji cəhətdən daha moderndir. “Salvo” kimi gəmilər klassik gəmi donanmasını hələlik əvəzləməsə də, yaxın gələcəkdə ciddi alternativə çevrilə bilər. Çünki bu qurğular istənilən vaxt sürətli reaksiya verə, riskli bölgələrdə əməliyat apara bilir. Ən önəmlisi isə insan itkisinin qarşısını ala bilər.

Xəzər dənizi Azərbaycanın strateji baxımdan çox önəmli, amma ən həssas bölgəsidir. Bakının başlıca iqtisadi maraqları bu bölgədədir. Buna görə də Xəzərin təhlükəsizliyini qorumaq həm də iqtisadi və təhlükəsizlik maraqlarının toqquşması deməkdir. Düzdür, Azərbaycanın heç bir Xəzəryanı ölkə ilə problemi olmasa da, mövcud Rusiya və ehtimal İran, Türkmənistanla yaşana biləcək gərginliklərə hazır olmalıyıq. Xüsusilə Rusiyanın Xəzər dənizində artmaqda olan hərbi varlığı Bakını qabaqlayıcı addımlara vadar edir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri