Icma.az
close
up
RU
Xəzər dənizində sahilə yaxın ərazilərdə balıq ehtiyatı xeyli azalıb

Xəzər dənizində sahilə yaxın ərazilərdə balıq ehtiyatı xeyli azalıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran, 18 dekabr, İlkin Adıyev, AZƏRTAC

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sahilboyu ərazilərdə ciddi ekoloji fəsadlara yol açıb. Lənkəran sahillərində dənizin çəkilməsi nəticəsində yaranan dayazlıq və üzə çıxan sualtı qayalıqlar balıqçı qayıqlarının hərəkətini də məhdudlaşdırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekoloji problem dəniz ekosisteminə də təsir göstərib. Belə ki, balıq sürüləri daha dərinliklərə çəkilib, bu isə sahil sularında balıq ehtiyatının kəskin azalması ilə nəticələnib.

Ekoloqların fikrincə, Xəzər dənizində suyun səviyyəsinin azalması uzunmüddətli xarakter daşıyır. Mütəxəssislər qeyd edirlər ki, balıqların daha dərin sulara çəkilməsi balıqçılıq zonalarının yenidən qiymətləndirilməsini, eləcə də sahilboyu ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Ekoloq Nazim Məmmədov bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin əsas səbəbi qlobal istiləşmə və iqlim dəyişikliyidir. Onun sözlərinə görə, Xəzərə tökülən əsas çayların – Azərbaycanda Kür çayının, Rusiya ərazisində isə Volqa və Ural çaylarının su səviyyəsinin azalması dənizin ümumi su balansına ciddi təsir göstərib: “Əvvəllər Xəzərin dayaz ərazilərində külmə, kütüm və sazan kimi balıq növləri üstünlük təşkil edirdisə, hazırda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən bu növ balıqlar dənizin daha dərin hissələrinə çəkilib. Dərin ərazilərdə isə əsasən kefal və siyənək kimi balıq növləri üstünlük təşkil edir”.

Beləliklə, baş verən proses Xəzər dənizinin ümumi su balansını pozmaqla yanaşı, onun bioloji müxtəlifliyinə də ciddi təsir göstərir. Balıq ehtiyatlarının azalması və ov imkanlarının məhdudlaşması isə bazarda balıq məhsullarının qiymətlərinin artmasına səbəb olur.

-1 / 7

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri