Xəzər dənizində suyun səviyyəsi 2050 ci ilə qədər 8 21 metr enə bilər
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəzər dənizində suyun səviyyəsi 2050-ci ilə qədər 8-21 metr enə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Astanada keçirilən Regional Ətraf Mühit Sammitində tematik sessiyaya moderatorluq edən Xəzər dənizinin qorunması üzrə çərçivə sənədi olan Tehran Konvensiyasının müvəqqəti katibliyinin koordinatoru Mahir Əliyev məlumat verib.
“Əsrin ortalarına qədər dəniz səviyyəsinin 8 ilə 21 metr arasında düşə biləcəyi ilə bağlı bəzi proqnozlar var”, - o deyib.
Mahir Əliyev əlavə edib ki, Xəzər dənizinin dayazlaşması probleminin həlli bir tərəfin qısamüddətli səyləri əvəzinə, su hövzəsinə çıxışı olan beş ölkənin hamısının uzunmüddətli iştirakını tələb edir.
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın bura çıxışı var. 2003-cü ildə dövlətlər Tehranda imzalanmış Xəzər dənizinin mühitinin qorunması haqqında konvensiyanı imzalayıblar. Bu sənəd Xəzər bölgəsində ətraf mühitin qorunması üçün ümumi tələbləri müəyyən edir və bu məqsədlə lazımi mexanizmlərin yaradılmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Aprel 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















