Icma.az
close
up
RU
Xəzər dənizini nə gözləyir? Şok PROQNOZ

Xəzər dənizini nə gözləyir? Şok PROQNOZ

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəzər dənizinin su ehtiyatlarının azalması beynəlxalq müstəvidə ciddi müzakirə mövzusuna çevrilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də ŞƏT sammitində məsələni gündəmə gətirərək dənizin dayazlaşmasının ekoloji fəlakətə çevrilə biləcəyini bildirib. O, problemin həlli üçün Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev isə belə bir mərkəzin əvəzinə ümumiləşdirilmiş “Xəzər İnstitutu”nun təsis edilməsinin daha məqsədəuyğun olacağını deyib:

“Xəzərin su ehtiyatları yalnız Azərbaycanın iradəsindən asılı deyil. Qlobal iqlim dəyişmələri və regionda müşahidə olunan quraqlaşma prosesləri əsas amillərdir. Avropadan gələn və rütubətliliyi təmin edən xüsusi hava kütlələri ekoloji səbəblərdən təsirini itirib. Əvvəllər Macarıstan, İtaliya, Ermənistan və Türkiyədə ildə 800-1000 mm yağıntı müşahidə olunurdusa, indi bu göstərici xeyli azalıb. Bu isə regionun su balansına ciddi təsir göstərir”.

Alim bildirib ki, 1970-ci illərdə də oxşar quraqlıq yaşanmış, nəticədə Qaraboğazgöl körfəzi açılmışdı:

“Həmin vaxt müəyyən infrastruktur dağıntıya məruz qalsa da, sonrakı illərdə yağıntıların artması ilə vəziyyət sabitləşdi. Su səviyyəsi hətta həddindən artıq yüksəldi. Bu gün isə əksinə, quraqlığın uzanması Xəzərdə dayazlaşmanı daha da sürətləndirə bilər”.

Ənvər Əliyev hesab edir ki, Xəzərin gələcək taleyi üçün regional səviyyədə ortaq institutun yaradılması vacibdir:

“Əgər əvvəlki illərdəki yağıntılar təkrar olunmasa, Xəzər daha da dayazlaşacaq. Bu isə yalnız ekoloji deyil, həm də sosial-iqtisadi, infrastruktur və təhlükəsizlik problemləri yaradacaq. Ona görə də vahid Xəzər İnstitutu bu məsələlərin elmi əsaslarla araşdırılması və həll yollarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri