Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng qara ləkə peyda oldu
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Xəzər dənizinin Azərbaycan və Qazaxıstan sektorlarında 82,5 kv. km sahəsi olan qara ləkə peyda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə təbiəti mühafizə təşkilatlarına dəstək verən “Şəffaf dünya” layihəsinin iştirakçıları “Telegram” kanalında yazıblar.
Bildirilir ki, ləkə Sentinel-1A radiolokasiya görüntüsündə saat 05:43-də aşkar edilib.
“Bu, yağ və ya balıq ovu tullantılarından ibarət ola bilər. Ləkə Kurık limanı – Bakı gəmiçilik xətti boyunca uzanır. Bu artıq suda əmələ gəlmiş təsadüfi “çirkli zolaq” deyil, Xəzərin xəritəsində tam bir qara ləkədir”, – “Şəffaf dünya”dan bildirilib.
Layihə iştirakçıları iddia edirlər ki, tullantıların atılması bu səviyyədə davam edərsə, dəniz qara ləkə daha da genişlənə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Avqust 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















