Xəzər dənizinin suyundan içməli su kimi istifadə ediləcək Bu tarixdən...
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Dəniz suyunun duzsuzlaşdırılması məsələsi hazırda hökumət tərəfindən müzakirə olunur və bu istiqamət dövlət proqramına daxil edilib. Proqram 2035-ci ilə qədər olan dövrü əhatə edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib.
"Su ehtiyatlarının məhdudluğu xüsusilə Bakı Abşeron yarımadasında bu texnologiyanın aktuallığını artırır. Dünya təcrübəsində duzsuzlaşdırma geniş tətbiq olunur. Sinqapurda daxili su ehtiyatlarının azlığı səbəbindən bu üsuldan fəal istifadə edilir. ABŞ, Yaponiya və Kanada kimi ölkələr də analoji texnologiyaları tətbiq edir".
O bildirib ki, Azərbaycanda da bu sahədə pilot layihə həyata keçirilib:
"Neftçala ərazisində reallaşdırılan layihədə duzsuzlaşdırılmış sudan əsasən suvarma məqsədilə istifadə olunub. İçməli su üçün isə daha mürəkkəb və fərqli texnologiyalar tələb olunur. Bu proses xərc baxımından baha olsa da, su ehtiyatları məhdud olan ölkələrdə geniş tətbiq edilir. İsrail təcrübəsi də bunu təsdiqləyir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Xəzər dənizi içməli su mənbəyinə çevrilir? AÇIQLAMA
12 Yanvar 2026 21:00
COP29da dünya okeanı və Xəzər dənizinin problemləri müzakirə ediləcək
11 Noyabr 2024 16:42
Xəzər dənizinin suyu niyə azalır?
31 May 2025 16:24
Xəzər dənizinin dayazlaşmasının səbəbi nədir?
22 Aprel 2025 18:39
Xəzər dənizinin suyunu içəcəyik? Açıqlama
15 Aprel 2025 16:16
Baxış sayı:101
Bu xəbər 16 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları