“Xəzər Lənkəran” həsrəti: Mübariz Mənsimovdan diqqətçəkən paylaşım
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Faəliyyətini dayandırmış "Xəzər Lənkəran" klubunun prezidenti Mübariz Mənsimov sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, o bildirib ki, bu gün Lənkəran təmsilçisinin əfsanələri Alim Qurbanov, Zaur Ramazanov, eləcə də futbolda çox tanınmış və hörmət etdiyim insanlardan biri Oktay Abdullayev qonağı olublar.
"Təbii ki, söhbət daha çox futboldan düşdü. "Xəzər-Lənkəran"la bağlı xatirələri yada saldıq. O vaxtlar həqiqətən başqa ab-hava var idi. Gözəl maçlar, güclü heyət, böyük mübarizə… "Xəzər-Lənkəran" Azərbaycan futbolunda öz izini qoymuş klubdur və hər zaman da insanların yaddaşında gözəl xatirələrlə qalacaq.
O illəri hər zaman yaxşı xatırlayıram. Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də komanda azarkeşlərinin coşğusunu görmək unudulmaz idi. Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi.
Buradan bütün "Xəzər- Lənkəran" azarkeşlərini, klubda əməyi keçən futbolçuları, məşqçiləri və bütün kollektivi salamlayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 22 May 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















