“Xəzər Neft Kəməri Konsorsiumu”na hücum Ukrayna dronları terminalın işini iflic etdi
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Novorossiyskdə yerləşən “Xəzər Neft Kəməri Konsorsiumu”nun VPU-2 – uzaqdan idarə olunan terminal qurğusuna Ukrayna dəniz dronlarının hücumu nəticəsində ciddi ziyan dəyib.
Bakupost.az xəbər verir ki, şirkət insidenti məqsədyönlü terror aktı adlandırıb. Hücum bu gün səhərə yaxın (Bakı vaxtilə saat 05:06) baş verib.
Hücum zamanı bütün yükləmə əməliyyatları dayandırılıb, tanker gəmilər akvatoriyadan çıxarılıb.
“Partlayış zamanı təcili müdafiə sistemi boru kəmərlərini bağlayıb. İlkin məlumatlara görə, neft Xəzər dənizinə sızmayıb. VPU-2 qurğusunun fəaliyyətinə davam etmək mümkün deyil”, – deyə konsorsiumun bəyanatında qeyd olunur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı sanksiyalar ləğv olundu
15 May 2025 20:46
Xəzər Boru Kəməri Konsorsiumu SPM lərin birində təmir aparır
18 Avqust 2025 23:14
Putin Tokayevlə “Xəzər Boru Kəməri Konsorsiumu”nu müzakirə edib VİDEO
12 Noyabr 2025 19:58
Qara Dənizdə Xəzər Boru Xətti Konsorsiumu yaxınlığında iki neft tankerinə dronla hücum edilib
13 Yanvar 2026 15:51
Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib
11 Dekabr 2025 12:09
Baxış sayı:35
Bu xəbər 29 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















