Icma.az
close
up
RU
Xəzər niyə sürətlə kiçilir? Ekoloq 3 əsas səbəbi açıqladı

Xəzər niyə sürətlə kiçilir? Ekoloq 3 əsas səbəbi açıqladı

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Su itkiləri davam etsə, dənizdə vəziyyət ağırlaşacaq

Xəzər, deyəsən, başını götürüb yavaş-yavaş “gedir”. Azərbaycan Dövlət Su Ehtiyatlarına Nəzarət Xidmətinin sədr müavini Əliağa Əzizov bildirib ki, aparılan tədqiqatlar Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azaldığını göstərir. 

Əsas səbəblər kimi iqlim dəyişiklikləri, hövzədə yağntıların azalması, temperaturun artması nəticəsində buxarlanmanın güclənməsi və dənizə axan çayların suyunun azalması göstərilir. Məlumatlara görə, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərdə su səviyyəsi son 5 ildə təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda dənizdə illik enmə 20–30 santimetr təşkil edir. Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, uzunmüddətli proqnozlarda optimist ssenaridə 2030-cu ilə qədər səviyyə -29,8 metrə, 2050-ci ilə qədər isə -32,4 metrə enə bilər. Pessimist ssenariyə görə isə Xəzərin səviyyəsi 2030-cu ildə -30 metrə, 2050-ci ildə isə -34 metrə qədər düşə bilər. Bunun qarşısını almaq, mavi gözlü, həm də nöyütlü Xəzəri xilas etmək mümkün deyilmi? 

Ekoloq-hidroloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, Xəzər dənizinin səviyyə problemi ötən əsrin 30-cu illərindən müzakirə olunur və Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün vaxtilə çox müxtəlif layihələr təklif olunub:

-Hətta sovet hidroloqu Apollov Xəzəri iki hissəyə bölməyi təklif etmişdi. Bundan başqa, Xəzər dənizindən Qaraboğazgölə (Qaraboğazgöl Xəzər dənizinin şərqində, Türkmənistan ərazisində yerləşən laqun mənşəli körfəzdir və Xəzər dənizinin səviyyəsi ilə sıx bağlıdır. Buna səbəb isə boğazdır) suyun axıdılması dayandırılıb. Bunda məqsəd guya Xəzəri xilas etmək olub. Belə hesab edilib ki, bu gölə Xəzərdən suyun axıdılması dayandırılsa, Xəzəri xilas etmək mümkün olacaq. Bu layihə hətta icra da edilib. Başqa bir layihə isə bu idi ki, şimala axan çayların istiqaməti dəyişdirilsin və bu çaylar Xəzər dənizinə istiqamətləndirilsin. Vaxtilə nə qədər ağılsız layihələr, ideyalar irəli sürülürdü. Bu ideyaların kökündə bu düşüncə dayanırdı ki, Xəzərin səviyyəsi aşağı düşür, Xəzər dənizini xilas etmək mümkün deyil. Lakin ötən əsrin 1970-80-ci illərində fərqli hallar müşahidə edildi. Xəzər dənizinin səviyyəsi 1978-ci ildə minimuma çatmışdı, amma 1970-ci illərin sonlarından etibarən, 80-ci illərin ortalarınadək elə bir səviyyəyə çatdı ki, Xəzərin suyunu yenidən Qaraboğazgöl körfəzinə yönləndirməli oldular. 1995-ci ildə isə Lənkəran şəhərinin böyük bir hissəsini su basdı. Bakı-Astara dəmir yolu su altında qaldı. Hətta Bakı-Astara dəmir yolunu başqa ərazidə yenidən çəkmək planlaşdırılırdı ki, qatarlar hərəkət edə bilsin. Yəni tarix göstərir ki, Xəzərin səviyyəsi bəzi illərdə həddindən artıq azalıb, bəzi illərdə isə yüksəlib.

R. Abbasov qeyd etdi ki, hazırda dənizin səviyyəsinin azalmasına təsir edən 3 əsas amil var:

-Birincisi, dənizə axan çaylardan həddindən artıq su götürülməsi və hövzədə israfçılığa yol verilməsidir. Misal üçün deyə bilərəm ki, Volqa çayı hövzəsində yerləşən su anbarlarının ümumi sahəsi 30 min kv. km-dir. Bu su anbarlarında baş verən həddindən artıq infiltrasiya və buxarlanma Xəzərə gələn suları çox azaldır. İkincisi, bunu qeyd etməliyik ki, iqlim dəyişmələri nəticəsində ümumiyyətlə Xəzər hövzəsinə düşən yağıntıların son 20 ildə azalması baş verib. Bu da ikinci faktordur. Nəticədə həm Xəzərə gələn sular azalıb, həm də buxarlanma çoxalıb. İtkilərin qarşısının alınması üçün region ölkələrinin bir araya gəlməsi, konkret planlar üzərində işləmələri çox vacibdir. Məsələn, Xəzərə tökülən çayların suyunun bərpa olunması baş verə bilər. Onu da deyim ki, bu il Xəzər hövzəsində baş verən yağıntılar müəyyən ümidlər yaradır. Əgər bu yağıntılar çoxillik dövrə proyeksiya olunarsa, Xəzərin səviyyəsi yenidən bərpa oluna bilər. Region ölkələrinin düzgün su idarəçiliyini həyata keçirməsi, paralel olaraq çaylardan götürülən suyun azaldılması, su itkilərinin minimuma endirilməsi fonunda, həm də dünya ölkələri Paris Sazişi çərçivəsində iqlim dəyişmələrinə qarşı mübarizə apararlarsa, bu, əlbəttə ki, Xəzər dənizində gedən buxarlanmanın miqdarının azalmasına təsir edə bilər və gələcəkdə həm də Xəzərə tökülən çayların suyunu artıra bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri