Icma.az
close
up
RU
Xəzər rayonunda “8 noyabr Zəfər Günü” münasibətilə tədbir keçirilib FOTOLAR

Xəzər rayonunda “8 noyabr Zəfər Günü” münasibətilə tədbir keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Zəfər gününə həsr olunmuş təbir keçirilib.

"Unikal" xəbər verir ki, 06 noyabr 2024-cü il tarixində Milli Məclisin Mədəniyyət Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, RİH başçısının müavinləri, Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə və şəxsi heyəti iştirak edib.

İlk olaraq qonaqlar şəhid sərhədcilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidənin önünə gül dəstələri qoyub. 

Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş sözü ilə tədbiri açan Müzəffər Pirizadə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətə ünvanlanan təbrik məktubunu oxuyaraq, Azərbaycan ordusunun keçdiyi şərəfli tarixi yoldan söz açaraq geniş məlumat verib.

Çıxış edən Elşən Salahov tədbir iştirakçılarını salamlayaraq, şanlı zəfər yolundan danışıb. Bu şanlı zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın döyünən ürəyi sayılan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib.

Tədbirdə çıxış edən Günay Əfəndiyeva qalib Azərbaycan ordusunun keçdiyi tarixi yolundan danışaraq, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıb.

Daha sonra tədbir iştirakçılarına Bakı Bələdiyyə Teatrının kollektivi tərəfindən 1905-ci ildən bu günə kimi zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımlarla bağlı həqiqətləri özündə əks etdirən “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa göstərilib.

Tamaşadan sonra Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Bakı Bələdiyyə Teatrının kollektivini fəxri fərmanla təltif edilib.

Tədbirin sonunda xatirə şəkili çəkilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri