Icma.az
close
up
RU
Xəzər rayonunda YAPın yaradılmasının 32ci ildönümü münasibətilə tədbir

Xəzər rayonunda YAPın yaradılmasının 32ci ildönümü münasibətilə tədbir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Noyabrın 21-də Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatı Aparatının və Xəzər Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərdəkan qəsəbəsində ucaldılmış heykəli önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb siyasi və sosial-iqtisadi şərait hökm sürürdü. Bu çətin dövrdə mövcud hakimiyyət ölkəni idarəetməkdə zəiflik göstərir, xalq arasında narazılıq artırdı. Belə bir şəraitdə ölkənin güclü liderə və milli maraqları təmin edə biləcək bir siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurət Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirdi. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya milli birlik, dövlətçiliyin möhkəmləndirilməsi və demokratik islahatlar istiqamətində fəaliyyət göstərdi. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə əsas siyasi qüvvə kimi fəaliyyətini davam etdirir və müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır.Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan xalqının tarixində həm siyasi, həm də milli maraqlar baxımından əhəmiyyətli bir hadisə olduğunu bildirdi. Yeni Azərbaycan Partiyası ölkədə milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Bu gün YAP Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında və milli maraqların qorunmasında mühüm rol oynayır. Eyni zamanda, partiya ölkədəki sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və əhalinin rifahının yüksəldilməsinə töhfə verir. YAP-nın sədri cənab İlham Əliyevin liderliyi altında Azərbaycan güclü iqtisadiyyata, sabit siyasi sistemə və sosial rifaha malik müasir dövlətə çevrilmişdir. Partiya ölkənin siyasi səhnəsində dominant qüvvə olaraq fəaliyyətini uğurla davam etdirir.Tədbirdə Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın qurulmasında və inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi.Partiyanın fəaliyyəti ölkədə sabitliyi təmin etmiş, iqtisadiyyatın modernləşdirilməsi və beynəlxalq əlaqələrin inkişafı sahəsində mühüm nəticələr əldə edilmişdir. Bu, YAP-ın Azərbaycanın siyasi sistemində lider mövqeyini qoruyub saxlamasının əsas səbəblərindəndir. Azərbaycanın gələcək inkişafında Yeni Azərbaycan Partiyasının rolu hələ də əvəzolunmaz olaraq qalır.125 nömrəli tam orta məktəbin direktoru, veteran partiya üzvü Zeynəb Əliyeva çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Partiya, ölkənin müasir çağırışlara uyğun inkişafını təmin etmək və xalqın rifahını artırmaq üçün ardıcıl siyasət həyata keçirir. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclənmiş, siyasi sabitliyə nail olmuş və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmişdir.Tədbir ziyafət və konsert proqramı ilə davam etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri