Xəzər sahilində daha bir xoşagəlməz görüntü Video
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yay mövsümünün gəlişi ilə dənizkənarı ərazilərin hasarlanması və sahil zonalarına girişin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib.
Axar.az xəbər verir ki, sonu dənizə çıxmalı olan yol böyük bir villa ilə məhdudlaşdırılıb.
Çimmək istəyən sakinlər ya hündürlüyü təxminən 2 metrdən çox olan olan divarı aşmalı, ya da həmin villanın həyətindən keçməlidir.
Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elşad Musayev dəniz sahillərinin qanunsuz şəkildə hasarlanmasını qəbuledilməz adlandırıb.
Deputat bildirib ki, dəniz və sahil əraziləri bütün vətəndaşların istifadəsi üçün nəzərdə tutulub: “Bəzi vəzifəli şəxslər və iş adamları fürsətdən istifadə edərək sahil ərazilərini qanunsuz şəkildə hasarlayırlar. Onlar nə qanunlardan, nə də ictimai narazılıqdan çəkinirlər”.
Elşad Musayevin sözlərinə görə, müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər bu kimi qanunsuz halların qarşısını almalıdır.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 İyun 2026 05:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















