Xəzər sahilində qara təhlükə: Lənkəranda sahilə mazut parçaları çıxır (FOTO)
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəzər dənizinin Lənkəran sahilində son günlər müşahidə olunan qara mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub.
Qaynarinfo Teleqraf-a xəbər verir ki, dalğalar vasitəsilə sahilə çıxan xırda neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.
Balıqçıların sözlərinə görə, küləkli hava şəraitində bu cür çirklənmə daha da artır və mazut qalıqları torlara yapışaraq ov prosesini çətinləşdirir, hətta bəzi hallarda qayıqlara zərər vurur.
Mütəxəssislər qeyd edirlər ki, sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır. Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində – dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur.
Ekoloqlar problemin aradan qaldırılması üçün sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasını, mütəmadi monitorinqin gücləndirilməsini və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsini vacib hesab edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















