Icma.az
close
up
RU
Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 iyun, T.İvanayeva, AZƏRTAC

İyunun 14-də “Sea Breeze” kurort kompleksində Beynəlxalq “Viva La Vida Longevity Camp 2025”in rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, iyunun 21-dək davam edəcək uzunömürlülüyə həsr olunmuş bu unikal tədbir təşkilatçıların fikrincə, elm və harmoniyanın qovuşmasını nümayiş etdirəcək. “Viva La Vida Longevity Camp” layihəsi ruhlandırıcılar və təsisçilər - Həcər Cəfərova və İlona Ansonenin kuratorluğu ilə həyata keçirilir. Onların missiyası Xəzər dənizinin sahilində şüurlu uzunömürlülük icması - dünya xəritəsində yeni mavi zona yaratmaqdır.

Konqresin başlanğıcı “CaspiMayr Retreat Beach Resort”un yeni “wellness” məkanının təntənəli açılışı ilə əlamətdar olub. Rəmzi qırmızı lenti iş adamı və musiqiçi Emin Ağalarov kəsib. Açılışda uzunömürlülük təzahürü üzrə beynəlxalq kouç Reqan Hiller də iştirak edib. Onların iştirakı elm, incəsənət və həyati enerjinin sinerjisinin bir növ simvolu oldu. Qonaqlar insan qayğısı sahəsində yeni dövrün təcəssümü olan əlamətdar hadisənin baş tutacağı ərazidə yaradılan şəraitlə tanış oldular.

“Viva La Vida Longevity Camp” konqresi aparıcı həkimləri, alimləri, regenerasiya, biohekinq, hormonal terapiya və psixoemosional uzunömürlülük üzrə mütəxəssisləri bir araya gətirən beynəlxalq platformadır.

Həftə çərçivəsində dünya ekspertlərdən mühazirələr və ustad dərsləri, fərdi məsləhətləşmələr, enerji və bədən təcrübələri, etnokonsertlər, art terapiya, yoqa və təmiz havada meditasiya nəzərdə tutulub.

Əsas məkanlardan biri innovativ sərgi sahəsi olacaq. Burada dünya səviyyəli brendlərin qocalma əleyhinə, tibb, hüceyrə terapiyası, genetika və aparat kosmetologiyası sahəsində ən son məhsulları təqdim olunacaq.

“CaspiMayr” bu gündən etibarən dünya “wellness” turizmi xəritəsində yeni cazibə nöqtəsinə çevrilib. Bu, dünyaca məşhur Avstriyanın “F.X.Mayr-Medicine” üsulu ilə Azərbaycanda işləyən ilk retritdir. Kurort tibbi protokolları bədən və şüur üzərində dərin işlə birləşdirən fərdiləşdirilmiş detoks, bərpa, stresdən azad olma və gəncliyin uzadılması proqramlarını təklif edir.

“CaspiMayr Retreat” təkcə istirahət yeri deyil, bədən, ağıl və ruha qayğının həyat tərzinə çevrildiyi bütöv yenilənmə ekosistemidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri