Icma.az
close
up
RU
Xəzər Universitetində Prof. Dr. Bayram Durbilməzlə görüş keçirildi (FOTO)

Xəzər Universitetində Prof. Dr. Bayram Durbilməzlə görüş keçirildi (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

28 noyabr 2025-ci il tarixində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti və Bakı Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə T.C. Nevşehir Hacı Bektaş Veli Universitetinin professoru, tanınmış alim və şair Prof. Dr. Bayram Durbilməzlə görüş keçirilib. Tədbir türk xalqlarının ortaq mədəni və ədəbi dəyərlərinin tələbələr arasında təbliğini gücləndirmək məqsədi daşıyıb.

Qaynarinfo xəbər verir ki, görüşü departament müdiri dos. Dilbər Zeynalova açaraq universitetdə türkoloji istiqamətin inkişafı və tələbələrin türk dünyasının mədəni irsi ilə yaxından tanış olması üçün görülən işlər barədə məlumat verib.

Daha sonra Prof. Dr. Bayram Durbilməz "Türk birliyi kontekstində ədəb və ədəbiyyat” mövzusunda məruzə edərək "ədəb” anlayışının türk mədəniyyətində təkcə davranış modeli deyil, həm də mənəvi kimliyi formalaşdıran fundamental dəyər olduğunu vurğulayıb. Orxon-Yenisey abidələri, klassik sufi poeziyası və müasir türk ədəbiyyatından nümunələrə əsaslanan alim, ədəb konseptinin türk ədəbiyyatının bütün dövrlərində dəyişməyən estetik xətt kimi qorunduğunu qeyd edib.

Məruzə tələbələrin böyük marağına səbəb olub. Sual-cavab hissəsində tələbələr professora müxtəlif suallar ünvanlayıb, həmçinin Könül Hüseynova, Fidan Əzimova və Nazilə Ağayeva alim-şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən nümunələr səsləndiriblər. Alim-şair tədbirin sonunda özünün "Sürməli yarım” şeirini söyləyib.

Görüşün sonunda Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova Prof. Dr. Bayram Durbilməzə təşəkkür plaketi təqdim edib. Professor müəllifi olduğu kitabları dos. Dilbər Zeynalovaya universitet kitabxanası üçün hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri