Xəzər Universitetinin yeni rektorunun təqdimatı olacaq Bu tarixdə
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının üzvlərinin və rektorunun təqdimat mərasimi 17 oktyabr 2025-ci il tarixində universitetin Neftçilər korpusundakı Mərmər Salonda keçiriləcək.
Universitetin Mətbuat xidmətindən Mia.az-a bildirlib ki, tədbirdə universitetin təsisçisi və ilk rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, eləcə də Şura üzvləri, akademik heyət, diplomatik korpusun nümayəndələri, məzunlar və digər qonaqlar iştirak edəcəklər.
Mərasimdə Xəzər Universitetinin tarixi və dəyərləri, eyni zamanda yeni rəhbərliyin qarşıya qoyduğu məqsəd və hədəflər haqqında məlumat veriləcək.
Tədbir zamanı Direktorlar və Qəyyumlar Şurasının üzvlərinə sertifikatlar təqdim ediləcək, universitetin Kamera Orkestri və Rəqs Ansamblı tərəfindən bədii proqram nümayiş olunacaq.
Yeni rektor Dr. Raziyə İsayevanın çıxışı universitetin gələcək fəaliyyət istiqamətlərini və inkişaf prioritetlərini əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















