Xəzərdə baş verən zəlzələlər suyun səviyyəsinə təsir edir Qurban Yetirmişli
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycanda ən dərin zəlzələlər Xəzərdə baş verir. Zəlzələlərin ocağı 60-70 kilometr dərinlikdə yerləşir. Dinamika neft yataqları olan ərazilərdə daha yüksəkdir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80 illiyinə həsr olunmuş "Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya" mövzusunda konfransda "Azərbaycanın müasir seysmodinamik şəraiti" mövzusunsa çıxış edən AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru professor Qurban Yetirmişli deyib.
Hər bir zəlzələnin özünün dinamik parametrlərinin olduğunu vurğulayan baş direktor fikirlərinə belə davam edib: "Hər zəlzələ qeydə alınan ocaqda qırlıb-düşmə, qalxma baş verir. Araşdırmalara görə, Xəzər dənizində maqnitudası 3-dən yuxarı olan zəlzələ olanda suyun səviyyəsinə çox təsir göstərir və su dərinliklərə doğru axmağa başlayır. Bu da suyun səviyyəsinin azalmasına təsir edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 04 İyun 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















