Icma.az
close
up
RU
Xəzərdə çimmək təhlükəli olub: Səbəblər

Xəzərdə çimmək təhlükəli olub: Səbəblər

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, son illər Xəzər dənizində su səviyyəsinin enməsi sahilboyu ərazilərdə yeni təhlükəli sahələrin yaranmasına səbəb olub. Sahil xəttinin geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan ərazilər üzə çıxıb və xüsusilə rəsmi çimərlik olmayan yerlərdə gözlənilməz dərinliklər, mürəkkəb sualtı relyef və güclü əks-axınlar insanların həyatı üçün ciddi risk yaradır.
S.Səfərov qeyd edib ki, boğulma halları yalnız icazəsiz çimərliklərdə deyil, rəsmi çimərliklərdə də baş verə bilər. Bunun səbəbləri arasında şəxsi məsuliyyətsizlik, spirtli içki qəbulu və qəfil sağlamlıq problemləri də yer alır.
Onun sözlərinə görə, küləkli hava şəraitində yaranan güclü əks-axınlar ən böyük təhlükələrdən biridir. Küləyin təsiri ilə sahilə gətirilən su müəyyən relyef formalarında toplanır və daha sonra dar zolaq boyunca böyük sürətlə dənizə doğru geri çəkilir. İnsan bunu əvvəlcədən hiss etmədiyi üçün axına qarşı üzməyə çalışır, qısa müddətdə gücdən düşür və boğulma təhlükəsi ilə üzləşir.

S.Səfərov diqqətə çatdırıb ki, bəzi hallarda dəniz dibindən qum və digər çöküntülərin çıxarılması nəticəsində yaranan dərin boşluqlar da təhlükə mənbəyinə çevrilə bilər: “Belə ərazilərdə çimən şəxs irəliləyərkən qəfil dərinliyə düşə bilər. Bu vəziyyət xüsusilə üzməyi bacarmayan insanlar üçün böyük risk yaradır. Hətta yaxşı üzən şəxslər də gözlənilməz dərinliklə qarşılaşdıqda çaşqınlıq keçirə bilərlər”.
Coğrafiyaşünas-alim vətəndaşları xüsusilə küləkli günlərdə dənizə girməməyə çağıraraq bildirib ki, son günlər müşahidə olunan hava şəraiti çimərliklərdə təhlükə riskini əhəmiyyətli dərəcədə artırır.
“İmkan daxilində küləkli havalarda dənizdə çimməmək lazımdır. Baş verən boğulma hadisələri hər kəs üçün ciddi xəbərdarlıq olmalıdır. Küləkli hava şəraitində dənizə girmək həyati təhlükə yaradır”, – deyə alim əlavə edib.
"Azərtac"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see338

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see321

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see291

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see270

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see249

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see245

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see243

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see240

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see239

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see235

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see227

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see225

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see225

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see207

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see202

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see197

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see197

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see193

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see192

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri